Müəllif kollektivi - Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr

Здесь есть возможность читать онлайн «Müəllif kollektivi - Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Sara xanımın topladığı və bu kitabda işıq üzü görən xatirələr Milli Azərbaycan Tarixi Muzeyində və S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Muzeydə qorunan həmin xatirələrin fotosurətləri Tarix Muzeyinin qocaman əməkdaşı, Sara xanımı şəxsən tanıyan Musa Nəsirov tərəfindən çəkilmişdir. Xatirələrin digər bir hissəsini Sara xanım görkəmli ziyalı Vəli Məmmədova vermiş, Vəli müəllimin vəfatından sonra isə həyat yoldaşı Xalidə xanım Əlizadə onları Ədəbiyyat və İncəsənət Arxivinə bağışlamışdır.

Kitab doqquz müstəqil bölmədən ibarətdir. Birinci və ikinci bölmədə 1900 və 1903-cü illərdə, yəni Hacının yaşadığı dövrdə yazılan iki bioqrafik oçerk təqdim olunub. Üçüncü bölmədə Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən Nağı bəy Şeyxzamanlının 1957-ci ildə, mühacirətdə olarkən H.Z.Tağıyev haqqında yazdığı xatirələr verilib. Sonrakı bölmələrdə S.Tağıyeva-Sarayeva tərəfindən 1956-1957-ci illərdə yığılan xatirələr toplanıb. Sonuncu bölmədə Hacıya həsr olunmuş şeirlər yer alıb. Bölmələr quruluşlarına və mövzularına görə fərqlənsələr də, onları H.Z.Tağıyevlə ünsiyyətdə olan, onu görən və tanıyan müasirlərinin bu böyük insana ehtiram və sevgisi birləşdirir.

Kitaba daxil olan materialların tərtibi zamanı onların dil üslubu dəyişilməz saxlanılmışdır. Yalnız bəzi hallarda sənədlərin ümumi məzmununa toxunmadan mətndə orfoqrafik və stilistik dəyişikliklər edilmişdir. S.Tağıyeva-Sarayevanın topladığı sənədlərin əksəriyyəti rus dilində idi. Onların Azərbaycan dilinə tərcüməsi mətnin əsas məzmununa toxunulmadan sərbəst, bəzi ixtisarlarla təqdim edilib.

HACI ZEYNALABDİN TAĞIYEVİN İLK BİOQRAFI

Hacı Zeynalabdin Tağıyev haqqında ilk bioqrafik məzmunlu əsərin müəllifi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanov (1870-1925) olmuşdur. O, H.Z.Tağıyevin maddi köməyi və Bakı Şəhər İdarəsinin təqaüdü ilə 1902-1908-ci illərdə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil almışdır. Universiteti bitirəndən sonra Bakıya qayıdan N.Nərimanov şəhər xəstəxanasında, eyni zamanda H.Z.Tağıyevin 1901-ci ildə açdırdığı Aleksandra rus-müsəlman qız məktəbində həkim vəzifəsində çalışmışdır. 3

H.Z.Tağıyev N.Nərimanovun ictimai və yaradıcılıq fəaliyyətinə hərtərəfli dəstək vermişdir. N.Nərimanovun “Nadir şah” tarixi dramı H.Z.Tağıyevin vəsaiti ilə çap edilmiş və onun xahişi ilə 1905-ci ilin fevralında fars dilinə tərcümə olunmuşdur. 4Həmin əsərin teatrda səhnələşdirilməsi uzun müddət Rusiyanın hökumət senzorları tərəfindən qadağan olunsa da, nəhayət, 1906-cı ilin yanvarında pyes ilk dəfə məhz Tağıyev teatrının səhnəsində rus dilində oynanılmışdır. 5

1905-1907-ci illər rus inqilabı dövründə N.Nərimanov H.Z.Tağıyevin maliyyələşdirdiyi “Kaspi” və “Həyat” qəzetlərində mövcud ictimai-siyasi quruluşa qarşı tənqidi, bəzən isə hətta radikal xarakterli məqalələrlə çıxış etmişdir.

1906-cı ilin martında N.Nərimanov H.Z.Tağıyevin fəxri sədri olduğu “Nicat” xeyriyyə cəmiyyətinin idarə heyətinin üzvü seçilmişdir.

N.Nərimanovla H.Z.Tağıyev arasında 1906-cı ilin avqustunda Bakıda keçirilən müsəlman müəllimlərinin qurultayında baş vermiş insidentə baxmayaraq, onların sonrakı münasibətləri yenə də qarşılıqlı hörmətə söykənirdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra N.Nərimanov yeni hökumətin başçısı təyin olunmuşdu. Məhz onun səyi nəticəsində H.Z.Tağıyev bolşeviklərin təqiblərindən xilas edilmişdi. H.Z.Tağıyevin bütün varidatı sovet rejimi tərəfindən müsadirə olunsa da, N.Nərimanov ona və ailəsinə Mərdəkandakı bağ evində qalmağa imkan yaratmışdı.

Nəriman Nərimanovun 1900-cü ildə Bakıda Axundov mətbəəsində Azərbaycan dilində çap etdirdiyi “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı böyük xeyriyyəçinin uşaqlıq illərindən başlayaraq, XX əsrin əvvəllərinədək keçdiyi həyat yoluna yığcam bir baxışdır. Adından göründüyü kimi, əsər H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyətinin 50 illiyi münasibətilə və 1901-ci ilin sentyabrında keçiriləcək yubiley tədbiri ərəfəsində yazılıb. Kitabın xeyli hissəsi millətə xitabən deyilən nəsihətamiz və ibrətamiz sözlərdən ibarətdir. N.Nərimanov H.Z.Tağıyevin palçıq daşıyandan milyonçu-sahibkara qədər keçdiyi yolu, qazandığı nailiyyətləri, rastlaşdığı çətinlikləri ətraflı təsvir edərkən onu digər zənginlərə bir nümunə kimi göstərir.

Əsərdə müəllifin tez-tez işlətdiyi pafoslu epitetlər N.Nərimanovun H.Z.Tağıyevin maddi köməyi ilə oxumasına cavab olaraq öz qəhrəmanını həddindən artıq mədh etməsi kimi başa düşülə bilər. Lakin bu, kökündən yanlış fikirdir, çünki əsər nəşr olunanda N.Nərimanov hələ ali təhsil almırdı və yuxarıda deyildiyi kimi, Novorossiya Universitetinə 2 il sonra – 1902-ci ildə daxil olmuşdu. İkincisi isə, N.Nərimanovun kitabda sadaladığı faktlar H.Z.Tağıyevin, həqiqətən, gördüyü işlərin təsviridir və burada heç bir şişirtməyə yol verilməyib.

N.Nərimanov H.Z.Tağıyevin Azərbaycan milləti və bütövlükdə müsəlmanlar üçün gördüyü xeyirxah işlər haqqında bəhs edərkən bir vacib məqama da toxunur. Əslində bu məqam əsərin aktuallığını, ideya xəttini, onun təkcə H.Z.Tağıyevin yubileyinin keçirilməsi xətrinə yazılmadığını əyani nümayiş etdirir. Müəllif yazır ki, H.Z.Tağıyevin varlığı azərbaycanlıların və bütün müsəlmanların başqa millətlər yanında başlarını uca edir: “…Qeyrətli Hacının vətənə, millətə və insana olan səxavətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işlərinə yaramayan tayfadır?”

N.Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ikinci dəfə 1993-cü ildə filologiya elmləri namizədləri Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlunun tərtib etdikləri “Hacı Zeynalabdin Tağıyev” məcmuəsində işıq üzü görmüşdür. 61994-cü ildə isə əsər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun redaktorluğu ilə ayrıca broşür şəklində çap olunmuşdur. 7Hazırkı mətn adları çəkilən iki nəşr əsasında hazırlanaraq, cüzi redaktə edilmiş və müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantda təqdim olunmuşdur.

Nəriman Nərimanov

Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri

Ey gənc, ixtiyari zair!

Ey aqilü biqərari zair!

Manəndi-kab söylə-söylə:

Bilməm haraya gedirsən öylə.

Yüz dəxi eyləsən siyahət

Bir kərə düşün ki, ən nəhayət:

Aramkəhin bu yer deyilmi?!

Bu qəbri bəqa əsər deyilmi?!

Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır… İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Həyatda yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan düyünlər, ruzigarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfələrlə ölüb dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar hamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Heyif! Təəssüflər olsun! Hərgah belədirsə.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»

Представляем Вашему вниманию похожие книги на «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr»

Обсуждение, отзывы о книге «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x