Süleyman Rüstəm - Xatirələr

Здесь есть возможность читать онлайн «Süleyman Rüstəm - Xatirələr» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Xatirələr: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Xatirələr»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Bu kitab yaradıcılığı Azərbaycan ədəbiyyatının yeni dövrünə təsadüf edən Süleyman Rüstəmin yaşadığı dövrlə, rastlaşdığı sənət və ədəbiyyat nümayəndələrilə bağlı yazdığı xatirələrdən ibarətdir. Bu isimlər arasında Cəlil Məmmədquluzadə, Əzim Əzimzadə, Süleyman Sani Axundov, Nazim Hikmət, Seyid Hüseyn, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və s. aydın insanların adı da var. Bu kitab 2005-ci ildə çap olunan Süleyman Rüstəmin üçcildlik “Seçilmiş əsərləri” toplusunun ikinci cildi əsasında hazırlanıb.

Xatirələr — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Xatirələr», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Nəhayət, nə üçün gəldiyimi soruşdu. Mən ona nəşriyyatımızın maliyyə cəhətdən çox ağır halda olduğunu ətraflı danışdım. O, mənə belə bir sual verdi.

– Yaxşı, oğlum, de görək çap etmək istədiyiniz kitablar, yazılar hansı əlifba ilə olacaq?

Mən ona həqiqəti söylədim.

– Bu vaxta kimi kitablarımız ərəb əlifbası ilə nəşr olunmuşdur. Sizə söz veririk ki, yazılarımızı yeni əlifba ilə çap edəcəyik.

Cavabım Ağamalıoğlunun çox xoşuna gəldi. Gözlərində, dodaqlarında razılıq təbəssümü göründü. Mənə yeni əlifbanın xalqımız üçün, bütün Şərq millətləri üçün böyük, misilsiz əhəmiyyətindən danışdı.

Bu görüşümüzdən sonra Ağamalıoğlu vədini yerinə yetirib proletar yazıçıları cəmiyyətinin maliyyə vəziyyətinin yaxşılaşmasına kömək etdi. Biz cavan yazıçıların bu xalq adamına, dövlət xadiminə hörməti, məhəbbəti qat-qat artdı.

Həmişə onun iştirak etdiyi məclislərə gedib ona qulaq asmağa can atardıq. Yadımdadır, bir dəfə!

“Yeni yol” qəzeti klubunda ədəbiyyatımız haqqında müzakirə gedirdi.

Ağamalıoğlu da bu yığıncaqda idi. Gənc ədəbiyyatçılarımızdan biri M.Rəfili çıxış edərkən tribunadan Mirzə Fətəli Axundovun ərəb əlifbası ilə çap edilmiş pyeslər kitabını havaya qaldıraraq, Azərbaycan ədəbiyyatının böyük taleyi, dünyaya tanıtdırılacaq irsi olmadığından bəhs açdı. Salonda bir uğultu oldu. Səmədağa Ağamalıoğlu yerində rahat dayana bilmədi. İclası aparan sədrdən icazə

almadan odlu bir nitq söylədi. Dəlillərlə bizim çox zəngin, dünyanı heyran edəcək, ədəbi irsimizin qüdrətli nümayəndələrinin adlarını çəkdi. Xüsusilə Mirzə Fətəli Axundovun ədəbi irsindən, millətimiz 5

üçün gördüyü işlərdən danışdı. Salonda toplaşanlar Ağamalıoğlunun çıxışını uzun sürən alqışlarla qarşıladılar.

Cavan ədəbiyyatçı qızarıb pörtmüşdü.

Sonralar həmin gənc ədəbiyyatçı öz səhvlərini dərindən başa düşdü. Mirzə Fətəli Axundov haqqında çox qiymətli elmi əsər yazdı. Ömrünün axırına kimi Mirzə Fətəli yaradıcılığının təbliğatçısı oldu.

Mən Ağamalıoğlu haqqında bildiklərimi yazdım. Lakin bu dövlət xadiminin həyat və fəaliyyəti haqqında qalın kitablar yazıla bilər.

6

Cəlil Məmmədquluzadə

Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.

Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum.

Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı.

Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim.

1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə

sözlər uydurub söyləməkdən çəkinmirdilər.

Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

– Annəciyim, həmşirəmizi mütləq bir qocaya vərməliyiz.

Ana:

– Ay oğul, sən nə danışırsan, bacına yazığın gəlmir. O bədbəxti niyə həmşərəyə, özü də qoca həmşirəyə verək axı?

Peterburqda təhsil almış oğlunun rolunu oynayan Ağasadıq Gəraybəyli isə anasına belə müraciət etdi:

– Mama, sestramızın əsl ərə çıxan vaxtıdır, ya nə vozrajayu.

Salonda şiddətli gülüşlər oldu. Bu dəmdə Mirzə Cəlil üzünü mənə tutub dedi:

– Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?

Bu sual məni heyrətə saldı. Cürətlənib dedim:

– Mirzə bu əsər sizindir axı.

O:

– Bəli, bəli, hər kim yazıbsa, bəd yazmayıb, deyib başını buladı və fikrə qərq oldu.

Mirzə Cəlil artistlərin atdığı şarjlara etirazını yalnız bu iki cümlə ilə bildirdi. Tamaşa çox gözəl idi.

Lakin sənətkarlarımızın bəzi sərbəst hərəkətləri Mirzə Cəlili narahat etmişdi.

Yadımdadır. Bakıda qonaq olmuş gürcü yazıçıları vətənlərinə qayıdarkən bizi Gürcüstana dəvət etdilər.

Biz 1929-cu ilin may ayında Tiflisə yola düşməli olduq.

Nümayəndə heyətində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Hacı Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Xəlil İbrahim, Əminbəyli, gənclərdən Mikayıl Müşfiq, Məmməd Rahim və mən vardıq. Onu da deməliyəm ki, böyük ədibimiz Cəfər Cabbarlı ilk dəfə idi ki, Biləcəri sərhəddini keçirdi. Heyətin sədri Haqverdiyev, katibi mən idim. Haqverdiyev mənə daha çox öz şəxsi katibi kimi baxırdı. İki həftəyə qədər sürən bu səfərdə xeyli söhbətlər oldu, xeyli nitqlər söyləndi. Mirzə Cəlil isə demək olar ki, cümlətani iki-üç varağa qədər söz deyə bilmişdi. O hər məsələyə ya bir sual, ya bir cavab ilə

müdaxilə edərdi.

Səfərə çıxmaq üçün bizə maarif komissarlığından bilet əvəzinə tələbə bileti (pulsuz bilet) verdilər.

Bakı vağzalının bufetində canlı heykələ bənzəyən sədrimiz Əbdürrəhim bəy Haqverdiyev şirin-şirin söhbət edirdi. Mən biletləri qeyd etdirməyə gedərkən Mirzə Cəlilə müraciət etdim.

7

– Mirzə, siz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin namizədisiniz. Sizə yumşaq vaqona pulsuz bir yer ala bilərəm.

O, qoltuq cibindən vəsiqəsini çıxarıb mənə uzatdı…

– Xeyr, elə məni də yoldaşlar gedən vaqona qeyd etdir.

Mən getmək istərkən əlavə etdi.

– Xob, deyirsiniz ki, mənim bu namizədlik kitabçamla pulsuz-parasız bilet almaq olar?

– Bəli, Mirzə.

– Bəs onda niyə belə?

Mən əvvəl bu sualın mənasını başa düşmədim. Bunu sonra dərk etdim. Molla Nəsrəddin demək istəyirdi ki, bala, indiki İcraiyyə Komitəsinin üzvü də, namizədi də qatarla pulsuz səfərə çıxa bilər, bəs onda niyə məni üzv yox, namizəd seçiblər?! Elə üzv seçəydilər də.

Vaqonumuz bir qədər qaranlıqdı. Gürcü dostlarımızın bizi hansı vaqon qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə qərara aldıq ki, böyük yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib ordan düşsünlər.

Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox maraqlı səhnələr söyləyirdi.

Molla əmi isə əsasını çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək sakitcə dinləyir və nə

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Xatirələr»

Представляем Вашему вниманию похожие книги на «Xatirələr» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Xatirələr»

Обсуждение, отзывы о книге «Xatirələr» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x