Efron Ariadna - Mənim anam – Marina Svetayeva

Здесь есть возможность читать онлайн «Efron Ariadna - Mənim anam – Marina Svetayeva» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Mənim anam – Marina Svetayeva: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Mənim anam – Marina Svetayeva»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Bu kitab Efron Ariadnanın anası, rus yazıçı və şairi Marina Svetayeva haqqında xatirələrindən ibarətdir. 1918-ci ildə şəxsi nəşrlərin ləğvi haqqında verilmiş avqust qətnaməsindən sonra Moskvada yaranan ilk və yeganə kitab ticarəti müəssisəsi – Yazıçı dükanında fəaliyyət göstərən B.A.Qriftsov, A.K.Civeleqov, P.P.Muratov, M.A.Osorgin, V.F.Xodaseviç, B.K.Zaytsev, N.A.Berdyayev, Marinanın həyatında iz buraxmış Maksim Qorki, İlya Edenburq, Konstantin Balmont və başqaları haqda fikirlər bu xatirədə yer alır.
Marina Svetayevanın qəlb dostu, şair və yazıçı Boris Pasternakın da siyasi həyatının məzmunu kitabın əsas mövzularından biridir. Kitabda bir qadının həm yaradıcılıq sahəsində, həm də ana kimi necə istedadlı olduğundan, eyni zamanda o dövrlərdə baş verən siyasi motivlərlə necə baş çıxardığından bəhs edilir.

Mənim anam – Marina Svetayeva — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Mənim anam – Marina Svetayeva», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Anamın otağı məndən ötrü uşaqlığımın bayramı, şənliyi idi. Və bu bayramı qazanmaq lazımdı. Bayram qapının kandarından girən kimi başlayırdı: mənim üçün musiqili mücrü işə salınır, şarmankanın dəstəyini fırlatmağa, tısbağa qınıyla oynamağa, canavar dərisi üzərində uzanmağa, stereoskopa baxmağa icazə verirdilər. Atam məni dizlərinin üstündə otuzdurub heç kimin bilmədiyi nağıllar danışardı. Xüsusilə, quldurlardan olan nağılı sevirdim, amma onu atam nədənsə anamın yanında heç vaxt danışmırdı. Nağıl belə idi:

Bir dəfə Alya adlı qız evdə tək qalmışdı… Atası getmişdi, anası getmişdi, dayəsi getmişdi, Cek də getmişdi… Quldurlar bundan xəbərdar oldular. Və evə girib pilləkənlə yuxarı qalxdılar. Qapını açıb baxdılar:

– Hanı bəs gözəl qız Alya?

Qabaq otağa girib əllərində bıçaq əvvəl mətbəxə, oradan da vanna otağına keçdilər.

– Polad xəncərlər? – titrəyə-titrəyə soruşurdum.

– Polad xəncərlər! – atam cavab verirdi.

Onlar Alyanı axtarırdılar… Budur, onlar atanın otağına girdilər… Divanın altına baxdılar, Alya yoxdur! Bufetə baxdılar, yoxdur Alya! Dolaba baxdılar, yoxdur Alya! Və onlar atanın otağından çıxdılar…

– Yox! Yox! – Dəhşət içində çığırırdım, çünki quldurları nəyin bahasına olursa-olsun, yuxarı mərtəbədə ləngitməliydim. – Hələ çıxmırlar! Onlar hələ royalın altına baxmayıblar!..

Royalın altına baxırlar, Alya orda da yoxdur! Onda onlar yemək otağına keçirlər…

– Yox, yox, yemək otağına yox! Onlar hələ ayaqyoluna baxmayıblar!..

– Ah, hə, – atam davam edirdi. – Quldurlar ayaqyoluna baxırlar, yoxdu Alya orda da…

Quldurların əzab dolu səyahətləri hələ çox davam edirdi. Hər bir addımlarıyla onlar Alyanın gizləndiyi uşaq otağına yaxınlaşırdılar. Gərginlik və qorxu durmadan artırdı. Amma atamı bunlar bir damcı da həyəcanlandırmırdı. O qorxmur, axı özü evdə həmin vaxt olmayıb və qudurlar da onu axtarmayıb!

Budur, onlar artıq dəhlizlə gəlirlər. Yaxınlaşmaqlarına az qalıb… Quldur qapının dəstəyindən yapışır… Və qapını açır…

Dözə bilməyib ciyildəməyə başlayırdım. Və atam nəyçünsə özü də qapıya sarı boylanır, sakitləşdirici səslə nağılı qanlı da olsa, yaxşı sonluqla bitirirdi:

– Elə bu vaxt ata evə qayıdır və bütün qurdurları öldürür! – Heyrət içində tamamlayırdım.

– Və bütün quldurları öldürür! – Atam təsdiqləyirdi.

Necə də böyük xoşbəxtlikdir! Mən xilas oldum!

Bunu çıxmaq şərtiylə atamın bütün nağılları xeyirxah və yaxşı idi. Elə atamın özü də bu cür xeyirxah və hamıdan yaxşıydı. Ona görə də mən böyüyəndə ancaq atama ərə getməyi qərar almışdım.

Anamın bəzək əşyaları olan rəfdə nənəmin üç uşaq kitabı vardı. Onun ən sevimli və ya hansısa səbəbdən ən dəyərli kitabları onlardı. Çünki anam onları uşaq otağında olan kitablardan ayrı, öz otağında saxlayırdı. Bunlar “Perronun nağılları”, Qustav Dorenin illüstrasiyalarıyla “Müqəddəs hekayə” və Qoqolun bircildliyi idi. Hər üçü də böyük formatda və ağır cildlənmiş kitablardı. Hələ oxumağı öyrənməmiş mən artıq kitablarla rəftarı öyrənmişdim. Çünki anamın verdiyi tərbiyədəki “olmaz” ilk növbədə onlara aiddi. Əvvəlcədən əllərini yumamış kitab götürmək, onu aşağı küncündən vərəqləmək olmazdı, ancaq yuxarı sağ küncündən olardı! Əlbəttə ki, kitabı vərəqləməkdən ötrü barmağı tüpürcəklə islatmaq olmaz. Və mənimçün ən çətini – heç bir halda illüstrasiyalara nəsə əlavələr etmək olmaz!

Perronun hekayələrini mənə sadələşdirilmiş formada anam danışır, Dore isə göstərirdi. İndiyə kimi balaca oğlanın qaranlıq meşədə ağacların arasında astaca gəzişməsi, adamyeyənin tacları başında yatan qızları, şahzadə Xoxlikin qəsrində qonaqlıq, ay işığında çox uzaqlara gedən gözəl Uzunqulaq Dərisi gözlərimin önündədi.

Ümumiyyətləsə, mənə təkcə danışmırdılar, elə özüm də eşitdiyim nağılı, gördüyüm şəkilləri öz sözlərimlə danışmalıydım. Ən çox Qoqolun kitabının səhifələrindəki ətraflı balaca illüstrasiyalar diqqətimi çəkirdi. O şəkillərə əsasən məzmunu mən özüm tapmalıydım, çünki hələ 3-4 yaşım vardı və Qoqolu mənimçün heç kim danışmamışdı.

– Bəs bu nədir? Bəs bu kimdir? Bəs o nə edir? – Anam soruşur, mənsə indiyə qədər bildiklərimin içindən buna oxşar nələrisə düşünüb, tapıb cavab verirdim.

Beləliklə, kitab oxuyan Xoma Brut, xanım qız, cinlər və başlarının üstündə tabut qapağı uçan rəsmə bu cür prozaik şərh vermişdim: “Bu qız aşpaz xanımdan qızardılmış meymun istəyir (Qız – xanım qız, aşpaz – Xoma, tabut qapağı – pilətə, cinlər – qızardılmış meymunlar)”.

Bir dəfə yolkanı anamın otağında qurduq. Məhz onda hiss etdim ki, sevinc kədərlə yan-yanadır. Hər şey yaxşıydı, amma elə bil həm də kədərlisən. Niyə? Həmin yolka tavana qədər olsa da, çox hündür deyildi. Onu yerdə yox, mavi və gümüşü ulduzlu örtük saldığımız alçaq masanın üstünə qoymuşduq. Budaqlarındakı işıqlar alov dillərinə bənzəyirdi. İynəyarpaqların və naringi qabığının ətri, isti, böyüklərin gözündə böyüyən və əks olunan işıq. Həmin milad axşamında çoxlu qonağımız – çoxlu göz vardı. Amma onlardan ən çox sevdiyim – anamın açıq-yaşıl rəngli, atamın böyük boz rəngli gözləri xatirimdə qalıb. Qonaqlardan bircə Pra, hədiyyələrdənsə onun Krımdan gətirdiyi balaca balıqqulaqlarından əldəqayırılma sandıqça yadımdadır.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Mənim anam – Marina Svetayeva»

Представляем Вашему вниманию похожие книги на «Mənim anam – Marina Svetayeva» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Mənim anam – Marina Svetayeva»

Обсуждение, отзывы о книге «Mənim anam – Marina Svetayeva» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x