Nizami Gəncəvi - Leyli və Məcnun

Здесь есть возможность читать онлайн «Nizami Gəncəvi - Leyli və Məcnun» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. Город: Bakı, Год выпуска: 2004, Издательство: LİDER NƏŞRİYYAT, Жанр: Поэзия, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Leyli və Məcnun: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Leyli və Məcnun»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Leyli və Məcnun — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Leyli və Məcnun», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ata qucaqladı yazıq oğlunu,
O bunu öpürdü, bu isə onu.
Ah, tuta bilməyib bir yerdə qərar,
Min novhə çəkərək çox ağlaşdılar.
Atanın göz yaşı çay kimi axdı,
Sonra boy uzunu oğluna baxdı.
Gördü, ölü kimi o çıl-çılpaqdır.
Başı papaqsızdır, yalın ayaqdır.
Bir xələt götürüb öz heybəsindən,
Geydirdi oğluna, örtüldü bədən.
Başmaq da, papaq da verdi, müxtəsər,
Bəzədi təpədən dırnağa qədər.
Sonra da atalıq nəsihətiylə,
Ona öyüd verdi öz adətiylə.
Dedi ki: «Ey ruhum, bu yuxudan qalx,
Cüt atlı zəmanə tələsir, bir bax.
Bu yolun hər otu qılıncdır, oğlum,
Gəl, çəkin bu yoldan, qurbanın olum.
Yediyin zərbələr çox asan deyil,
Tutaq ki, sən dözdün bir ay, ya bir il.
Yenə ox atacaq rəhmsiz fələk,
O, sənin qanını açıq tökəcək.
Tutaq bir neçə gün yenə dözdün sən,
Lakin bu yerlərdə can verib ölsən,
Canavardan tutmuş pələngə qədər
Sənin bədəninlə doyar vəhşilər.
Qürbətdə ölmə gəl, nə varmış bunda?
It olmaq yaxşıdır ana yurdunda.
Baş götürüb qaçdın vəhşi çöllərə,
Qocaldın, çatmadı əlin bir yerə.
Əzablar çəkməyin mənası varmı?
Daima zillətə dözmək olarmı?
O sular yatağı çaylağa bir bax,
Seldən xarab olmuş gördüyün çaylaq.
O sellər axıdan dağa qıl nəzər,
Onu da zəlzələ dağıdıb tökər.
Bu zillət, bu əzab pəncəsində sən

Dəmirdən də olsan çürüyəcəksən.
Getdi ömrüm-günüm sənin dərdinlə,
Ram olub bir zaman atanı dinlə.
Baş getdi, cilovun bərkdir, ey insan,
Alışdı ürəyim, sən yenə xamsan.
Çöldə ləhləməkdən bir dəfə əl çək,
Vəhşilər yanında kim at sürəcək?
Divlər yatağına gəl olma məhrəm,
Qaçma zəmanədən, ey talei kəm.
Başından bir dağıt bu qayğıları,
Özünü xəyalla gəl aldat, barı.
Bir arzuyla yaşa, o, puç olsa da,
Arzuyla şadlanar aqil dünyada.
Yalan da, doğru da olsa hər dilək,
Bari, bir nəfəsə bəzəkdir, bəzək.
Əvvəl sən rahatca nəfəs al ki, bir,
Sonrakı nəfəsin gör necə gəlir.
Səadət qapını açmasa bu gün,
Kəsmə umudunu ondan büsbütün.
Çoxları buğdanı saxlanc etdilər,
Qazanc görmədilər bir arpa qədər.
Ömrün ixtiyarı öz əlindəykən,
Işini gör, qurtar hamıdan erkən.
Sabah cilovunu tutanda əcəl
Bir də üzr istəmə bu dünyadan gəl.
Dediyin şərbəti verməzlər sana,
Bil ki, yaratdığın düşər payına.
Qadın nə toxusa əyninə keçər,
Kişi əkdiyini toplayıb biçər.
Bu gün bir üzərlik yandır ki, sən də
Duyasan iyini bəlkə öləndə.
Ölüm dəhşətini qabaqca sına,
Axırda dözəsən hər ağrısına.
Ölümü kim duysa ölümdən qabaq,
Ölüm pəncəsindən xilas olacaq.
Baş vaxtından əvvəl ucalsa əgər,
Özü təpəsinə sillə endirər.

Səfər xəyalilə gülən bir dodaq
Öz bişirdiyindən pay aparacaq.
Adamsız qalmışdır meydanın, bir dur,
Yetər divanəlik gəl sakit otur.
Hər kəsin bir könül həmdəmi olar,
Hər çəkilən dərdin bir sonu da var.
Söz yox ki, ucadır insanlıq səndə,
Lakin it də yaşar, ölər vətəndə.
Əgər insansansa, insanlığı sev.
Bir div olsan belə, anla ki, hər dev
Bir insan şəklində görünmək istər,
Divdənsə dərs alıb adamlıq göstər.
Ah, oğul, insansan, şərəflisən sən,
Özünü divlərə taymı edirsən?
Azdır yoldaşlığım bu yolda sənə.
Canım yedəyindən gen qaçma yenə.
Gəl mənə yoldaş ol, həmcinsin mənəm,
Bari, təsəlli ver qəlbimə bir dəm.
Bu gecə sən məndən üz döndərsən, ah!
Bil ki, gec olacaq axtarsan sabah.
Sözlərim gəlirsə qəlbinə ağır,
Bu da, bil, fələyin qəzasındandır.
Qaçma, yaxına gəl, iş gör əlinlə,
Zamanın hökmünü bir yaxşı dinlə.
Mən ömrü bitirdim, sən şad ol yazıq,
Şərabı sən iç ki, mən məstəm artıq.
Ölürəm, ömrümü çatdırdım başa,
Qəm öldürdü məni, sənsə şad yaşa.
Inan ki, göylərə sovruldu külüm,
Günəşim saralır, yaxındır ölüm.
Günəş axşam oldu, hardasan səhər
Oğlum, mən ölürəm, bir kömək göstər.
Oğul, gəl, atayın pis gününə çat,
Gəl, canı çıxmamış ona əl uzat.
Mən əldən, ayaqdan düşməzdən əvvəl
Sönmüş ocağımı qızdırmağa gəl.
Yerimdən qoparsa məni ruzigar,

Gəl mənim yerimdə özün tut qərar.
Qoy ölüm əmrilə canımı alsın,
Bari, bir oğulsa yurdumda qalsın.
Ölüm səfərinə çıxsa bədənim,
Bilim ki, yerimdə adam var mənim.
Ölüm yasdığımda baxmasan mənə,
Nə dosta xoş gələr, nə də düşmənə.
Kənardan-kənara çıxar bir nəfər,
Mənim yığdığımı qapıb qəsb edər.
Rəvamı dünyada mən talei kəm,
Oğlum ola-ola kimsəsiz öləm?
Artıq çalınmışdır köç təblim, inan,
Indi köç yoluna hazırlaşır can.
Qorxuram, köçməyə tələsiyəm mən,
Köçümü tərpədəm sən gəlməmişkən.
Məzarım üstünə sən baş qoyasan,
O vaxt ağlayasan, bərk ağlayasan.
Tüstüyə dönsə də o gün nəfəsin,
Mənə nə faydası o ağlar səsin?
Qəmindən dünyalar yansa da, düzü,
Bir də gülməyəcək bəxtimin üzü».

MƏCNUNUN ATASINA CAVABI

Oğul atasına çox qulaq asdı,
Onun hər sözünü qəlbinə yazdı.
Istədi iki gün səbr edib dözsün.
Bu sövda yolundan o ayaq üzsün.
Eşqə tövbə demək istədi, fəqət.
Tövbə qulağını çəkdi məhəbbət.
Məhəbbət fili də qoyar piyada,
Ona diz çökənlər mərddir dünyada.
Bu, keçə şiridir, o, meşə şiri,
Bu, həmişə tikər, yırtar o biri.
Eşqin kamanından ox atsa bəşər,
Onun öz əlini o, şil-küt eylər.

Məcnun toplayaraq öz qüvvətini,
Dinləyib atanın nəsihətini,
Dedi: «Ey nəfəsi ruhuma qüvvət,
Sənsən müşgülümü düzəldən, əlbət.
Sözün, nəsihətin dimağımdadır,
Bax, qulluq halqan da qulağımdadır.
Gözəl nəsihətin qəlbə çıraqdır,
Kim boyun qaçırsa, bəxtdən uzaqdır.
Mən qulaq asardım bu sözlərinə,
Neyləyim, əlimdən gəlməyir yenə.
Mənə ağıl dərsi oxumaqla sən
Nə üçün eşqimin üstə gülürsən.
Məhəbbət oylağı könlümçün, inan,
Bir qara pula da dəyməz bu cahan!
Tale puç eyləmiş məni dünyada,
Eşidib bildiyim düşməyir yada.
Bütün hafizəmi sovurub yellər,
Yoxdur xatirimdə nə səs, nə xəbər.
Bu gün soruşma ki, nə yedim dünən.
Bu sual da çıxar puç hafizəmdən,
Bu saat gördüyüm işi də sorma,
Cavabsız qalarsan, özünü yorma.
Bilirəm, oğlunam, sən də atamsan,
Adın da qalmamış yadımda, inan.
Bir atam çıxmamış yadımdan bu gün,
Huşumun özü də itmiş büsbütün.
Öz adım da çıxmış yadımdan bu dəm,
Bilmirəm məşuqəm, yoxsa aşiqəm.
Bir ildırım kimi qəlbim odlandı,
Qəlbimin odundan, canım da yandı.
Ayrıldım dünyanın nemətlərindən,
Çöllərin otuyla keçinirəm mən.
Zəmanə adlanan bu boş dəyirman
Boşalmış deyirəm, dən ilə sudan.
Mən öz vəhşətimdən itgin düşmüşəm.
Vəhşilər insana olarmı həmdəm?
Vəhşiylə dost olsa insan dünyada,

Vəhşi adətincə ömr edər o da.
Mən milçək toxunmuş qovun kimiyəm,
Kəs məni, at gedim, saxlama bir dəm.
Yoxsa bir toz qopsa üstümdən əgər,
O tozum bostanı xəstələndirər,
Çiçəyi kənarda tutun uşaqdan,
Yoxsa zəhərlənər uşaqdakı qan.
Yalnız xərabəyə meylim var mənim,
Qoy xərabə olsun yerim, məskənim.
Zənn et ki, zəmində bitmədi bir kol,
Atdığın bir toxum puç oldu bir yol.
Bildiyin bir sözü oxumamış bil,
Zənn et ki, əkdiyin heç oğul deyil.
Gəl bir məzar düzəlt, sözümü dinlə,
Ölmüş bir aşiqi dəfn et əlinlə,
Ağlının üstünə qələm çəkilən
Divanə bir gəncdən əlini üz sən.
Deyirsən yaxındır sənin köç yolun,
Köçünü bağlamış bu bədbəxt oğlun.
Xəzanım çatacaq sən ölənədək,
Bil ki, səndən qabaq köçüm gedəcək.
Sən ölsən üstündə dirilər ağlar,
Mən çoxdan ölmüşəm, əlimdə nə var?»

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Leyli və Məcnun»

Представляем Вашему вниманию похожие книги на «Leyli və Məcnun» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Leyli və Məcnun»

Обсуждение, отзывы о книге «Leyli və Məcnun» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.