Vahid Çəmənli - Dəli Çəmənli

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Dəli Çəmənli» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Издательство: Литагент Ридеро, Жанр: russian_contemporary, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dəli Çəmənli: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dəli Çəmənli»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-hazırda Bakı şəhərində yaşayır.

Dəli Çəmənli — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dəli Çəmənli», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

23 iyul 1993 cü ildə Ağdam şəhəri və ona yaxın olan kəndlər işqal olduqdan sonra, Çəmənli kəndi də döyüş bölgəsinin qaynar nöqtələrindən birinə çevrilmişdi. Qarabağın işğal olması, Çəmənli kəndinin hər gün düşmənlər tərəfindən atəşə tutulması şairi narahat etmiyə bilməzdi. Bəli, bu kitab yuxusuz gecələrin, Vətən həsrətini çəkən bir şairin ürək çırpıntılarıdır.Kitabda müxtəlif mövzuda yazılan əsərlərdə dil, üslub xüsusiyyətləri gözəl işlənmişdir. Əsərdən görünür ki, şair harda olur olsun, hətta vətəndən uzaqda da olsa belə, həmişə gözləri Qarabağı gəzmiş, onunla nəfəs ala-ala yaşamışdır. Vahid Çəmənli özünü Vətənin bir damlası kimi görür və dediyi kimi damla dənizə can atdığı kimi, o da hər an Vətənə qovuşmağa can atır. Kitaba «Lə ilahə İllallah”kəlməsiylə başlayan Vahid Çəmənli, ümidini Allah dərgahından üzmür. Məhz buna görədir ki, kitab, Ağdamın tanınmış seyidlərinin biri olan Seyid Lazım Ağaya xitabən yazılan misralarla başlayır. Şair Ağdamı, Ağdam məscidini düşündükgə için-için yanır və dərdini kağıza köçürməklə ürəyini boşaldır. Lakin Qarabağ torpağı, doğma Ağdam azad edilməyincə şairin ürək yanğısı soyuyan deyil. O inanır ki, çox yaxın bir zamanda bütün Qarabağlılar kimi, onun da həsrəti bitəcək, doğma ocağına – Qarabağaına, Ağdamina qovuşacaqdır.

Bundan başqa, şair, yazılarında ata-ana, qardaş-bacı, insan sevgisini, onların bir-birinə sadiqliyini gözəl çalarlarla işləmişdir. Bu indiki gənclər üçün də bir həyat dərsidır. Əsərlərin birində şair Vətən bayrağını müqəddəs tutan igid qəhrəmanlarımızdan olan, Ramil Səfərovdan da söz açır. Vətən övladlarını Vətənə, üçrəngli bayrağımıza sadiq olmağa çağırır. Mən deyə bilərəm ki, bu kitab çoxşaxəli, hər bir gəncə lazım olan bir kitabdır. Kitabdakı əsərlər çox rəvan Qarabağ ləhcəsində yazılıb. Ümidvaram ki, Vahid Çəmənli bu cür yazılarla bizi hələ çox sevindirəcək.

Hörmətli dostum Vahid Cəmənliyə yeni ədəbi uğurlar arzulayıram!

Hörmətlə

şair-publisist

Vidadi Ağdamlı

09 may 2016-cı il.

Münəcat

Lə ilahə İllallah…

Hüzuruna gəlmişəm,

Lə ilahə İlləllah.

Sənə könül vermişəm,

Səndən dönmərəm billah.

Eşqim, amalım QURAN,

Məhəmməd Rəsulallah,

Məhəmməd Həbibullah,

Dostlarım – Haqq dostları,

Əhli-Beyti Nurullah,

Lütvünlə məsud elə,

Kərəm eylə, Ya Allah!..

Sənsiz olsam Ya Həkim,

Sənsiz olsam Ya Əziz,

Ərşə çıxan ahımı,

Söndürə bilməz dəniz…

Nəsib eylə, yaşayım

Həyatımı tərtəmiz,

Sızlayan yaralara

Məlhəm eylə, Ya Allah!!!

Səndən başlar dirilik,

Əvvəli, Axiri sən…

Sən Xaliqsən, sən Qüddüs,

Həyatın təməli sən…

Sən Əzimsən, sən Xəbir,

Əliyyü, Vəliyyü sən…

Məni yolunda sabit

qədəm eylə, Ya Allah!

Salam Ağdam torpağı Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi Salam - фото 2

Salam, Ağdam torpağı

Əvvəlcə ürəyimdən Sizə salam vermək arzusu keçdi. Salam Allah kəlamıdır. Mənası «sizə sülh olsun» deməkdir. Dədə-babalarımızın buyurduğuna görə yetmiş savabı var. Altmış doqquzu salam verənə, biri salam alana düşür. Amma bu gün mən salam alanam. Salamı böyüklər verər. Mən nəkarəyəm? Mən, ulu Vətənim Azərbaycanımın, cənnət Qarabağımın, toy otağı Ağdamımın, beşiyim Çəmənlimin bir zərrəsiyəm. Zərrə nə vaxtdan böyük oldu? Ona görə də boynumu büküb üzümə dəyən həzin vətən mehinə, onun gətirdiyi gül-çiçəyin ətrinə «əleykümə-salam!» deyirəm. Sinəsi dağlı dağlarıma, həsrətdən saralan bağ-bağcalarıma «əleykümə-salam!» deyirəm. Salam Allah kəlamıdır. Allah, dağların, meşələrin, bulaqların, otların, çiçəklərin, yarpaqların dili ilə danışır. Dağlara, meşələrə, bulaqlara, otlara, çiçəklərə, yarpaqlara «əleykümə-salam» deyirəm. Böyüklük göstərin, əfv edin, duyğularıma hakim ola bilmədim, könlümdən salam vermək keçdi. Mən, sizdən qopan bir damlayam. Damlalar ümmana can atar. Mən, sizə can atıram. Mənim ümmanım sizsiniz. Sizə olan məhəbbətim məni enişli-yoxuşlu yollarla həyatımın ugurlarına doğru aparır. And yerim, inam yerim, iman yerim sizsiniz. Həmişə sizə, – əzəli, əbədi məbədimə doğru yol gəlirəm. Məbədə aparmayan yollar kimə lazımdır? Siz mənim məbədimsiniz.

Mənim əzəli, əbədi məbədim, səni düşündükcə ürəyim titrəyir, gözlərim dolur, ruhum pərvaz edərək özümdən qabağa uçur. Xəyalım dağlarında, düzlərində, şır-şır bulaqlarında – Xaçınında, Qarqarında, uşaqlıq xəyallarımın ən coşqun çayı olan Kötəlində… daha haralarda cövlan edir? Həyəcandan özümə yer tapa bilmirəm. Həmişə sənə doğru gələndə belə oluram. Mənim atam, anam, bacım, qardaşım, əmim, dayım, xalam, – ruhum, canım, – Odlar diyarı Azərbaycanımın ən dilbər güşələrindən biri olan, çörəyinin, suyunun, almasının, heyvasının, gilasının, gilənərının, böyürtkanının, güleyşə narının dadı damağımdan getməyən Ağdamım. Bərəkətli dağlarım, düzlərim, muğam sədalı obalarım, duz-çörəkli evlərim…

Elə ürəyimdən keçir sizi səsləyim, hamınıza, -ağsaqqalına, ağbirçəyinə, – salam verim, çayınızı içim, halal çörəyinizdən dadım, ruhuma sərinlik yayılsin, qəlbim sevinsin, damarlarımda qanım təzələnsin. Elə istəyirəm ki, deyəm…

Salam, Ağdam torpağı,

Salam, ey ulu diyar.

Salam, ey dağım, dərəm,

Salam, ey qayam, daşım.

Qucağında yaşadım,

On altı il bəxtiyar,

Salam, ey əmim, xalam,

Salam, bacım, qardaşım…

Salam, ey sinəsində,

Dolandığım oylaqlar.

Salam, zümrüd meşələr,

Salam, sərin bulaqlar,

Salam, yollar, yaylaqlar…

Zaman-zaman yaşayan,

Qədimi yurd yerləri

Sizə salamlar olsun…

Ey bahar yağışları,

Yayın qızmar günəşi,

Soyuq xəzan yelləri

Sizə salamlar olsun…

Salam, Dəli Çəmənlim

Başımın qızıl tacı.

Salam, ulu çinarım,

Qoca palıd ağacım…

Sevgi qanadlarında

Sənə doğru uçuram,

Ürəyim fərəhlənir.

Gözlərimə yaş dolur,

Boğazım kilidlənir.

Baş qoyum torpağına,

Bir səcdənə düşüm mən,

Daşınla, kəsəyinlə,

Gülünlə, çiçəyinlə,

Öpüşüm, görüşüm mən.

Ayaqyalın, başaçıq,

Xoşbəxt körpələrinlə,

Bir atlanım-düşüm mən…

Dırmanım ağaclara,

Payızdan qışa qalan

Bir gilə üzüm dərim,

Çağırım var səsimlə,

Əyləyim üfüqlərdə

Bir durna qatarını,

Neçə qərib dostlara

Odlu salam göndərim.

…Kim nə bilir bəxtimə

Daha nələr düşəcək?

Neçə aylar ötəcək,

Neçə illər keçəcək,

Amma yenə yadıma,

Sənli anlar düşəcək…

Nə zaman geri dönsəm,

O laləli düzlərdə,

Kövrək bir ixtiyarla,

Bir cocuq görüşəcək.

06 mart 2011-ci il,

Ağdam, Çəmənli

Söz sözü çəkər…

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dəli Çəmənli»

Представляем Вашему вниманию похожие книги на «Dəli Çəmənli» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dəli Çəmənli»

Обсуждение, отзывы о книге «Dəli Çəmənli» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x