Vahid Çəmənli - Dəli Çəmənli

Здесь есть возможность читать онлайн «Vahid Çəmənli - Dəli Çəmənli» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Издательство: Литагент Ридеро, Жанр: russian_contemporary, на русском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Dəli Çəmənli: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Dəli Çəmənli»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-hazırda Bakı şəhərində yaşayır.

Dəli Çəmənli — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Dəli Çəmənli», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ogul varmı, haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola…

Bir neçə dəqiqədən sonra ikinci bənd də hazır idi:

Verən əl ol, demə ola duz əldə,

Ürəyimin açarları düz əldə…

Oğul varmı, Haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola!

Sonuncu bənddə nə yazacağımı bilirdim. Burada axırıncı misra belə olmalı idi:

Düzdə qalmaz, kimsə əgər düz ola.

İndi qalırdı bu sətri daha bir bəndə daxil edib şeri tamamlamaq. Burada sırf sözü fırlatma məharətimə arxayın idim. Bir neçə dəqiqədən sonra şerin üçüncü bəndini də tamamladım:

Mən alovam, sən olsan da buz ada,

Qəsdə dursam gücüm çatar buza da…

Vahid qurban düz ilqara, düz ada,

Düzdə qalmaz, kimsə əgər düz ola.

Əslində şerdəki əsas fikir ifadə olunan «düzdə qalmaz kimsə əgər düz ola» ifadəsi mənim camaat arasında işlənən bir fikrə qarşı üsyanım idi. Çox adam elədiyi yaxşılıqların müqabilində pislik görməsindən gileylənərək bu ifadəni işlədir: “ – düz düzdə qalar». Həmişə (həmişəmi?) məni fikir aparıb: Doğrudanmı, bizim ata-babalarımız heç kimə yaxşılıq etməməyi, düzgün olmamağı tövsiyə ediblər. Düzü, bu ifadəni çox eşitmişdim. Həmişə də bu mənada ki, düzgün olan pis vəziyyətdə qalar! Bu nəinki ata-babalarımızın mənəviyyatına, hətta Ulu Tanrının bizə tövsiyyə etdiyi islam dininə də zidd idi. Mən də bir üsyan kimi yazmışdım ki, düz heç vaxt düzdə qalmaz! Əsas məsələ də buradan başladı. Telefonu götürüb dostum Mahirə zəng vurdum. Şeri oxudum. Bəyəndi. Axırıncı bənddə ata-babalarımızın kəlamında nöqsan tapdığımdan, bu nöqsanı düzəltdiyimdən fərəhlə danışıb dəstəyi asdım. Sonra şeri bir neçə dəfə bərkdən oxudum. Aman Allah, sonuncu iki sətri bir neçə dəfə oxuyandan sonra gördüm ki, ifadə etdiyim fikir çox qeyri-adi səslənir. «Düzdə» sözü bəzən hecaya bölünür, nəticədə «düz də qalmaz kimsə əgər düz ola» kimi səslənir. Başdan-ayağa ziddiyyətlidir. Ay dadi-bidad! Bunu atalarımız başqa cür deyibmiş: Düz də qalar kimsə əgər düz ola! DÜZ İNSAN DÜZDƏ YOX, DÜZ DƏ QALARMIŞ! Sən demə, bu ifadəni təmənna ilə yaxşılıq edən insanlar təhrif edərək bu şəkildə başa düşür və işlədirmiş. Anladım ki, onlar yaxşılıq etmirmiş, sadəcə oz məqsədlərinə nail olmaq üçün cilidə girirmişlər.Belə hallarda adam orta barmağı ilə alnına deşik açılanacan döyəcləmək istəyir.

İnanın, bunu dərk edəndə, içimdə torpağacan əyilib ulu xalqımın ayağının altını öpmək istəyi baş qaldırdı. Bu arada dostum Mahirdən gələn telefon zəngi məni heç təəccübləndirmədi. Dostum da mənə yanlış fikirdə olduğumu deməyə tələsirdi. Çox sağ ol, dostum! Mən səni çox gözəl başa düşürəm. Biz öz xalqımızın hər bir kəlamının içində əsrlərdən gələn möhtəşəm bir həyat təcrübəsinin, böyük bir müdrikliyin olduğuna həmişə inanmışıq. Bu da daha bir sübut! Bu cür müdrik kəlam sahibi olan XALQIMA EŞQ OLSUN!!!

Bir neçə dəqiqədən sonra şer bitkin bir halda yeni bir vərəqdə təzədən yazıldı:

Düz ola

Göy dayanıb Yer üzünün üstə tək,

Rəbbim onu ölçüb-biçib usta tək,

Göydən yerə hər şey yağar…istəsək,

Amma gərək istəməyə üz ola.

Verən əl ol, demə ola duz əldə,

Ürəyimin açarları düz əldə,

Oğul varmı, Haqq yazanı düzəldə?

Ya az arta, ya çox dönüb az ola!

Mən alovam, sən olsan da buz ada,

Qəsdə dursam gücüm çatar buza da.

Vahid qurban düz ilqara, düz ada,

Düz də qalar, kimsə əgər düz ola.

Bakı, 22 iyun 2012-ci il.

Mən niyə kommunist olmadım?

Akif İldırım Nəcəfli dostumun axşam mənə tutduğu irad məni düşüncələrə qərq etdi. Bu sərt-kövrək dostum niyə məni ittiham etdi? Yəni doğrudanmı, mən səhv yoldayam? Doğrudanmı, həyatda özüm olaraq qalmağım üçün kiməsə qoşulmalı, kiminsə ideologiyasına baş əyməliyəm? Doğrudanmı, mən gözlərimi hansısa bir iddialı cənabın ağzına tikib, «hurrey» deməyə hazır olmalıyam? Kütləyə qoşulub öz sözü-siması olmayan bir robota çevrilməliyəm? Bu suallar məni narahat etdi. Narahat edən başqa suallar da vardı, onları yazmadım. Bir an duruxdum. Əcəba, mən düzmü edirəm? Yadıma 1972-ci ildə məni partiya sıralarına qəbul etməyə çalışan partkomumuz Usub müəllim düşdü. (Allah ona rəhmət eləsin) «Sən bizim ən ümidverici gənclərimizdən birisən. Səni tanıyırıq. Məktəbi əla bitirmisən. Nə olsun ki, bu il Ali məktəbə qəbul ola bilmədin. Gələn il mütləq qəbul olarsan. Orada partiyanın üzvünə yaxşı baxırlar. Qabağa gedərsən.»

Sükutla dinlədim partkomu. Susmağımı razılıq qəbul etdi. Sənədlərim hazırlandı. Məni, məndən asılı olmadan raykoma apardılar. Mən indi durub yalandan desəm ki, yox mən qaniçən bir partiyanın üzvü olmaq istəmirdim, heç kim mənə inanmaz. Bu heç belə də deyildi. Qarşımda belə bir üfüq açılırdı. Bundan imtina etmək ağılsızlıq idi. AMMA, ALLAH MƏNİ O PARTİYANIN ÜZVÜ OLMAĞA BURAXMADI. Komsomol biletim harasa yoxa çıxdı. Məni o ki, var danladılar. Yenidən komsomola keçirməyə heç kim cürət eləmədi. Həm də vaxt olmadı. Mən çıxıb şəhərə gəldim. Bakıda təhsil alarkən, mənim nə əcəb komsomılun üzvü olmadığımı soruşdular. Nə deyim? Cavab verdim ki, komsomol biletimi itirmişəm. İkicə günün içində komsomola qəbil etdilər.

Ara sıra şerlər yazırdım. Dostlarım mənə yalvarırdı ki, heç olmasa partiyadan, Lenindən bircə şer yaz, təqdim elə qəzetə, sonra ardı gələcək. Gözə sox özünü! Axşam kağız-qələmi götürüb dərin fikrə getdim. Leninə bir şer həsr eləmək istədim. Səhərəcən heç nə yaza bilmədim. Tanrı məni Leninə şer həsr etməyə qoymadı.

Hərbi xidmətdə olarkən rus dilində sərbəst danışmağımı, siyasi dərslərdə aktiv iştirak edərək, yoxlamaların qarşısında Komandirin siyasi işlər üzrə müavininin (zampolitin) üzünü ağ etməyimi nəzərə alan polkovnik, bütün sənədlərimi hazırlayıb alayın partiya yığıncağına təqdim etdi. Yığıncaq gününə bir gün qalmış hərbi xəstəxanada əməliyyat olundum. Tanrı məni ikinci dəfə Kommunist Partiyasının sıralarına buraxmadı.

Son dövrlərdə saysız-hesabsız partiyalar yarandı. Bu partiyaların əksəriyyətinin məqsədi-qayəsi hakimiyyətə gəlmək, yağlı tikələrə sahib olmaq idi. Laçının işğalı günü Bakıda inqilab edənlər yadıma düşəndə ürpənirəm. Mən o günü qəlbən Bakı küçələrində tanklarının üstündə bayraq yellədənlərlə deyil, Azərbaycana səpələnən bədbəxt insanlarla idim. Səngərdə sonuncu gülləsinəcən düşmənə müqavimət göstərənlərlə idim. Canım qədər sevdiyim Vətənimin kürəyinə xəncər soxmaq istəyən hansı partiyanın üzvü olaydım, əziz dostum?

Həmişə haqqın tərəfində olmağa çalışmışam. Bacardığım qədər haqqı müdafiə eləmişəm. Həmişə öz sözümlə, öz səsimlə danışmağa çalışmışam. İçində xəbislik olan bir nəfər dostum olmayıb. Səmimiyyəti sevirəm, özüm də səmimi olmağa çalışıram. Bir dəfə tələbə dostlarımdan biri mənə «özündən çox razısan» dedi. Təsəvvür edirsinizmi, on iki-on üç yaşından ata-anadan yetim qalan, qışın soyuğunda geyinməyə gödəkcəsi belə olmayan, olan-qalan 5 qəpiyini çörəyə verib, 3—4 km yolu yataqxanayacan piyada gedən insana lovğa deyəsən. Dostum deyəsən nəyisə səhv salmışdı. Bu lovğalıq deyildi. Bu içimdə olan Allah sevgısının mənə verdiyi QÜRUR idi. Mən onu heç vaxt itirmədim.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Dəli Çəmənli»

Представляем Вашему вниманию похожие книги на «Dəli Çəmənli» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Dəli Çəmənli»

Обсуждение, отзывы о книге «Dəli Çəmənli» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x