anlayışlara fərqli yöndən nəzər salır. Əsərin qəhrəmanı arxiv idarəsində çalışan yaşlı bir məmurdur. Hər gün doğulan, ölən, ayrılan, evlənən yüzlərlə insanın şəxsi qovluqları birbaşa onun əlindən keçərək arxiv idarəsinin tozlu rəflərinə daxil olur. Burada isə əsas iki kateqoriya var. Ölülər və dirilər üçün ayrılmış hissə. Arxiv idarəsinin qapı ilə ayrıldığı digər otaqsa qəhrəmanımız – Don Xosenin yaşadığı köhnə evdir. Uzun illər bu idarədə çalışa-çalışa, Don Xose qəribə bir mübtəlalığa yoluxur. Adları maraqlı gələn insanların şəxsi işlərini idarədən icazəsiz çıxarmaqla – bir növ oğurlayaraq kolleksiya toplamaqla gününü keçirən bu şəxs bir gün bir qadının arxivi ilə tanış olur. Ona maraqlı gələn qadının arxivini tapması ilə də qəhrəmanımızın hekayəsi başlayır. Tipik postmodernist əsərlərdə baş verən axtarış motivi bu əsərdə də keçir. Belə ki, Don Xosenin bu müəmmalı şəxsin axtarışından bəhs edən əsərdə hər nə qədər Saramaqonun fəlsəfi disputlara dalmasında bir şikəstlik hiss olunsa da əsərin kuliminasiya nöqtələrində müəllifin ölüm və həyat arasındakı incə cizgiyə arxiv sənədləri timsalında irəli sürdüyü yeni baxış tərzi də maraqlıdır. Bundan başqa, fərdin topluma dönüşü, hierarxiyanın amansız tənqidi və s. kimi bürokratik anlayışlar da əsərdən öz tənqid payını alırlar. Axtarış prosesi uzandıqca qəhrəmanın şəxsiyyətindəki incəliklər də üzə çıxır. Tədirginliyi ilə bərabər sərhəd tanımaz inadı ilə Don Xose axtardığı şəxsin izinə düşür və romanda sonrakı hadisələrin açılması üçün işıq ucu görünməyə başlayır. Beləliklə, oxucu Don Xose ilə bərabər naməlum qadının axtarışına çıxır.
Əsərin sehrinə daldığımdandı, ya nədir bilmirəm – adətimə xilaf olaraq bu kitabı oxuyarkən təqdimat vərəqlərinə baxmamışdım deyə ikinci səhifədəki əl yazma ilə yazılmış kiçik mətn diqqətimdən qaçmışdı. Əsərin ortalarına yaxın ikinci səhifədəki üç-dörd cümləlik yazı bu əsəri həyatıma bağlayan əsas hadisə oldu. Demək, kitabın ikinci əl olmasının səbəbi bu kitabı 1998-ci ildə bir qadının öz bacısına bağışladığı hədiyyə olması idi. “Ən xoş arzular və xoşbəxtlik ümidi” ilə bağışlanmış əksər hədiyyə kitablardan fərqli olaraq, bu kitab necə olub gəlib satılma həddinə çatmışdısa, bilmirəm. Ancaq bildiyim o idi ki, bu yazını oxumağım mənim həyatımda təsadüfi bir şey olmamalı idi. Deməli, ortada iki əsas ehtimal vardı. Ya kitabı hədiyyə kimi qəbul edən şəxs onu bəyənməmişdi, ya da bəyənib oxuduğu kitab onun üçün hansısa arzuolunmaz bir xatirəyə çevrilmişdi ki, onu satmaq məcburiyyətində qalmışdı. Hər halda ehtimallar tükənməzdir. Ancaq aradan iyirmi ilin keçməsi bu sirri dərinləşdirdiyi qədər də içimə qəribə bir hiss salmışdı ki, bəlkə də bu əsəri oxuduqca əsərin qəhrəmanına çevriləcəm. Bəlkə də əsərdəki qəhrəmanın gizlənmə səbəbi kimi bu qadının da kitabdan imtina səbəbi də hardasa eynidir. Daha da dəhşətli, bəlkə, bu ola bilərdi ki, əsərdə axtarılan qadın elə bu kitabdan imtina edən qadının özü ola bilərdi. Belə olduğu təqdirdə mən bu əsərdəki Don Xosenin özü olmurdummu? Axı yaşam elə mətnin özü deyilmidir? Bəlkə də bu həyatın özü bir mətndir? Hər halda ədəbi oyun ilahi bir oyuna çevrilmişdi. Mənim bu qadına olan marağım, bu qadını axtarmağa məni təhrik edirdi. Bu işdə isə ən böyük kömək elə bu əsəri özümə bələdçi seçmək ola bilərdi. Yəni oyuna qatılmışdımsa oynamalı idim. Gözümü açıb qəfil özümü içində gördüyüm bu oyun məni həyatla mətn arasındakı əlaqədə kövrək bir bağa çevirmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.