Fərəh Pəhləvi - Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi

Здесь есть возможность читать онлайн «Fərəh Pəhləvi - Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Ata-analarımızın nəzərində təhlükə və xəstəliklərlə dolu olan xarici aləmin uğultusu bağçanın hündür, qalın divarlarının üstündən bizə gəlib çatırdı. Əsasən, küçəyə çıxmağımız yasağıydı, amma köşkün köhnə pillələrində oturub barmaqlıqların arasından yoldan keçən adamları seyr eləyərdik. Ölkə işğal altındaydı və həyat heç də asan deyildi. Bəzən böyüklərin quzeydəki təhlükəli qonşumuz SSRİ-də, uzaqda, dağların arxasındakı savaşdan söz açdıqlarını eşidirdik. İngilis əsgərlərinin cipləri də həmişə diqqətimizi çəkərdi. Bir çox dilənçi müntəzəm olaraq, bizim evə gələrdi. Onları adlarıyla tanıyırdıq. Böyüklər də dilənçiləri düşünüb, heç bir şeyi atmazdılar. Gələndə yalnız yemək deyil, geyim, hətta uşaqları üçün oyuncaq belə verirdik.

Yayda küçə bayırda oynamalarına icazə verilən uşaqlarla doluydu, biz də barmaqlıqların arasından onlarla çənə vurardıq. O çağlarda maşın sahibi olmaq həqiqi üstünlük sayılırdı. Adamlar əsasən faytonlarla gəzirdilər. Uşaqların ən çox sevdiyi oyunlardan biri də havayı gəzə bilmək üçün arabanın arxasından sallaşmağıydı; bu bizi məst eləyən mənzərəydi. Piyadalar “Arxada adam var” qışqırırlar, arabaçı da qamçısını havada şaqqıldadıb arxadakı qaçaq sərnişinə çəkirdi. Bizə də nəfəsimizi udub bu səhnəni izləmək qalırdı.

Küçədə gördüklərim arasında məni heyran eləyənlər əsasən səyyar satıcılardı. Eşşək belində və ya özləri düzəltdikləri, rəngli şəkillərlə bəzədikləri arabalarda, ya da başlarının üstündə ustalıqla apardıqları böyük səbətlər içində bizə mövsüm meyvələrini gətirirdilər. Qışda mandarinlər, portağallar, fırnıda bişirdiyimiz çuğundurlar… Sonra səbirsizliklə yayı gözləyirdik; çiyələkləri, göy ərikləri, almaları dadmaq üçün. Satıcılar təzə-tər qalmaqdan ötrü turpların, təzə soğanların, nanə, tərxun və vəzərilərin üzərinə daim su səpirdilər. Nəhayət, Tehranın həmişə çox isti keçən ilk yay günlərində gilaslar, mis qoxulu almalar, qaysılar, daha sonra da qovunlar, qarpızlar gəlirdi. Və əlbəttə, dondurma satıcıları! Biz bütün bunlara heyrətlənsək də, satıcılara yaxınlaşmağımız yasağıydı. Böyüklər növbəylə ağlagələn hər cür mikrobla dolu olan bu dondurmaların sağlamlığa nə qədər zərərli olduğunu başa salmağa çalışırdılar. Hələ də Rzayla bərabər dovşan kimi qapının üstündən adlayıb nazik halva arasındakı bu nəfis zəhəri yediyimizi unutmamışam. Küçənin tozuna bulaşdıqları üçün “xoruz şəkəri” dediyimiz əmmə konfetləri də bizə qadağan eləmişdilər.

Ancaq əsl təhlükə sudan gəlirdi; su şəhərdə çox dəyərliydi və o dövrün Tehranında həyatın axarını adətən su göstərirdi. Şəhəri təmin eləyən yalnız iki qaynaq olduğundan içməli su çox azıydı. Atların dartdığı, bütün şəhəri gəzən çənli arabalar bizə də su gətirirdilər. Səyyar səbzi satıcıları kimi, suçular da gəldiklərini xəbər vermək üçün özlərinə xas nəğmələrini oxuya-oxuya çağırırdılar. Dərhal qablar çıxarılır, suçu da onları bir neçə quruş müqabilində doldurub gedirdi.

Təmizlik və ev işləri üçün istifadə edilən su Tehranın quzeyindəki Elbrus dağlarından gəlir və kiçik açıq kanallardan ibarət ibtidai şəbəkə bütün küçələrə su paylayırdı. Bu bulanıq suyu götürmək üçün hər səmtə müəyyən bir gün ayrılmışdı. Kiçik dəhnələrlə suyun istiqaməti dəyişdirilir, beləcə, bir neçə caat ərzində evlərin altındakı çənlərə, ya da bağçadakı, həyətdəki hovuzlara axıdılırdı. Bizim evdə həm çən, həm də hovuz vardı. Hovuza axan suda yuxarıdan üzüb gələn qarpız qabıqlarını, quru yarpaqları, siqaret kötüklərini, kiçik taxta parçalarını maraqla izləyərdim. Bir neçə gün sonra selinti dibə çökür, su damın altındakı çənə vurulub mətbəxdə və hamamda istifadə olunurdu. Çənə atılan kirəc məhluluna baxmayaraq, bu səbəbdən suyun içində xırda qurdlar qaynaşırdı, bizə kranlardan qəti su içməməyimiz daim təkrarlanırdı.

Küçənin bizi cəlb eləyən qarmaqarışıqlığı arasında bəzən oyuncaq satıcısının səsi də eşidilirdi. Uşaqların xəyallarını bəzəyən hər cür oyuncaq, başında apardığı səbətin iki tərəfində salxım-salxım, saçaq-saçaq düzülüydü. Taxtadan və ya bişmiş torpaqdan qavallar, rəngbərəng kağız fırlanğıclar, şarlar, fişənglər, ipatdılar və bu cür oyuncaqların hamısı biz uşaqlar üçün xəzinə dəyərindəydi. Ara-sıra satıcıdan bizə oyuncaq alınsa da, əsasən, oyuncaqlarımızı özümüz düzəldirdik, bəzən ev xidmətçiləri də bizə kömək edirdilər. Çağalarımızı araba arzusuyla ayaqqabı qutularında gəzdirirdik. Oğlanlar köhnə velosiped təkərlərini çəmbər kimi çevirirdilər. Kuklalarımıza da böyük ustalıqla ordan-burdan topladıqları parçalar düzəldirdilər… Mənim xəzinəmdə iki xarüqə oyuncaq vardı: “Ana” deyən kukla və sahibinə əlahiddəlik verən BSA markalı, əsl ingilis malı olan velosiped.

Oyuncaq satıcısından başqa bəzən “səyyar kino” göstərən də peyda olar və sehrbaz kimi bizi əyləndirərdi. Parlaq mislə örtülü qutusunda dörd ədəd göz dəliyi vardı. Uşaqlar pulu verib gözlərini bu deşiyə dayayanda, adamın inana bilmədiyi, fövqəladə mənzərəyə oxşayan rəsmləri və şəkilləri görürdü. Səsi də mənzərənin həyəcanlı, ya da komik olmasına görə, dəyişən tonlara ayrılırdı; mahnı oxuduğu da olurdu. Bizim hərfi mənası “Avropa şəhəri” (Shahre Farang) olan bu böyüdücü qutunun cazibəsinə qarşı durmağımız heç mümkün deyildi. Ona görə də traxomaya yoluxmağımızdan qorxan ailəmiz bizə bu sehrli qutunu da yasaq eləmişdi. Traxomanın o qorxulu bakteriyası gözə çox tez düşür və bir çox uşağın kor olmasına səbəb olurdu.

Rzayla mənim bəxtimiz gətirdi, traxomaya yoluxmadıq, amma mən “Şərq çibanı”ndan qurtula bilmədim. Bu, traxoma qədər təhlükəli xəstəlik olmasa da, çibanı törədən milçəyin qoyduğu iz ömür boyu qalır. Mənim çiban izim sağ əlimin üstündədi. Fəlakəti yenə asan keçirdiyimizi düşünən atam həkimdən qalacaq izin çox kiçik olması üçün əlindən gələni eləməsini rica edib. Ona: “Bilmək olmaz, doktor bəy, bəlkə də günün birində adamlar qızımın əlini öpəcəklər…”, – dediyini anam mənə danışmışdı.

Küçədə məni cəlb eləyən bu qədər çox şey olmasına baxmayaraq, ən böyük xoşbəxtlik yayda Tehrandan ayrılıb Elbrus yamaclarında salınan Şəmirana getməyiydi. Beləcə, şəhərin insanı bezdirən cəhənnəm kimi istisindən, tozundan qurtulur, dağların təmiz havasını udur, axşamlar da ləzzətli sərinlik hiss eləyirdik. Bu gün Şəmiran Tehranın quzeyində varlıların yaşadığı, çox yaraşıqlı yaylaq şəhərinə dönüb. Mən uşaq olanda, şəhər mərkəzindən on iki kilometr uzaqda, min səkkiz yüz metr yüksəklikdə salınmış balaca, gözəl bir qəsəbəydi. Bu cənnət guşəsində iki aylığa villa kirayələyirdik. Kef daha çox səfərlə başlayırdı. Hamımız atamın böyük “Ford” maşınına doluşurduq, xidmətçilər də faytonla arxamızca gəlirdilər. Sanki karvandaydıq, başqa yerə köç eləyirdik. Qocaman çinarların, kiçik sarı gül fidanlarının arasında qıvrıla-qıvrıla gedən bu yola heyran olurduq. Analar topladıqları qönçə güllərdən şərbət düzəldərdilər.

Şəmiranda evləri olan bir çox qohum və tanışla görüşürdük. Onlarla ara-sıra evcik oynadığım olurdu, amma bu çox sürməzdi. Mən daha çox oğlanlar kimi top qovmağı, gizlənpaçı, eşşək belində və ya piyada dağda-daşda dolaşmağı sevir, günorta yuxusundan qaçmaq üçün mümkün olan hər şeyi eləyərdim. Əllərimi palçığa batırıb torpaqla ev tikməkdən xoşlanar, təzə ceviz sındırar, barmaqlarımın qapqara olmasına fikir verməzdim. Əlimizi qaratut yarpaqlarıyla təmizlədiyimizi xatırlayıram. Xoşum gələn şeylərdən biri də ağaclara dırmanmağıydı. Hamısı mənim dostlarımıydı. Armud, alma, ceviz, qarağat, tut ağaclarını bir-bir tanıyırdım, bəzən ağacın başına çıxanda, oyunu belə unudar, düşməyi heç ağlıma gətirməzdim. Budaqların münasib yerinə örtük salır, özümə yuva qurub oturardım; göy üzünün ənginliyinə dalar, xəyallara cumardım; axşam düşər, evdəkilər məni görməyəndə narahat olardılar.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi»

Представляем Вашему вниманию похожие книги на «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi»

Обсуждение, отзывы о книге «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x