Mən Təbrizdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi ki, bu da onun bütün var-dövlətini təşkil edirdi. Bizim dinə səylə qulluq edən atam bütün həyatını müqəddəs yerlərə ziyarətə həsr edib və belə səfərlərin birində, məhz elə Kərbəla ziyarətində məzar önündə nəzir-niyaz verərək Tanrıdan bir oğul diləyib və deyib ki, əgər oğlu olarsa, mütləq onu müctəhid kimi yetişdirəcək. Odur ki, mən hələ
dünyaya gəlməmişdən öncə uşaqlıq vaxtlarımda son dərəcə arzuladığım və öz seçdiyim deyil, tamamilə
başqa karyera üçün nəzərdə tutulmuşdum.
5
I FƏSİL
Mən həmişə yuxunun öncədən xəbər verməsinə, onun çin olmasına, gerçəkləşməsinə inanmışam.
Budur, onun labüdlüyünə inamımı daha da artıran hadisə.
Mən Təbrizdə məktəbə gedəndə on bir yaşım vardı. Bir dəfə, tənəffüs zamanı yoldaşlarım bir-birindən məktəbdə kursu başa vurandan sonra nə olmaq istədikləri barəsində soruşdular. Biri həkimlik peşəsini seçdi, digəri polis rəisi olmağı arzuladı, üçüncüsü tacir olmaq istədiyini bildirdi. Bir sözlə, onların hər birisi arzu etdiyi peşəni seçdi. Mən də öz müqabilimdə, soruşulan zaman uşaqlıq anlayışıma görə adı ilə dövlətdə ən nüfuzlu şəxsi göstərmək üçün təntənəli şəkildə bəyan etdim ki, vəzir olmaq istəyirəm. Etiraf etmək lazımdır ki, mən həmişə şöhrətpərəst olmuşam və uşaqlıq xəyallarımda özümü nazir vəzifəsindən savayı başqa bir vəzifədə hiss etməyə yol verməzdim. Yoldaşlarımdan biri nüfuzlu şəxs olduğum zaman ona himayəçilik göstərməkdən imtina etməməyi xahiş edərək mənə yaxınlaşdı və
gülərək bu arzunu onun qeyd kitabçasına yazmağımı təklif etdi. Mən bu xahişin istehza avazında deyildiyinə fikir verməyərək, onun qeyd kitabçasında hər şeyin belə olacağı və yerinə yetiriləcəyi barədə
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.