Cəfərzadə Əzizə - Tanıdıqlarım və sevdiklərim xatirələrimdə

Здесь есть возможность читать онлайн «Cəfərzadə Əzizə - Tanıdıqlarım və sevdiklərim xatirələrimdə» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях можно слушать аудио, скачать через торрент в формате fb2 и присутствует краткое содержание. ISBN: , Жанр: Биографии и Мемуары, на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале библиотеки ЛибКат.

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Bu, ən azı nadanlıqdır. Sabir də, Mirzə Cəlil də əsrin o başından bu başına va hətta gələcəyimizə də işıq saçan dahilərdir. Onlar milləti sevmək və ayağa qaldırmaq üçün tənqid, islah yolunu seçmişdilər. Yeri gəlmişkən, deyim ki, inkarçılıq bütün dövrlərdə olub, istər ictimai-siyasi sahədə, istərsə də mənəviyyat aləmində. İranda olanda mənə dedilər ki, sizdən bir alim gəlmişdi, Cəfər Cabbarlını inkar edirdi. Dəhşətli deyilmi? Məsəl var, deyir, şeytan səndən əl çəkir, sən əl çəkmirsən.

Əgər tənqidə qalsa, onda gərək ruslar Qoqolu ədəbiyyatdan çıxdaş edəydilər. O millət ki özünün eyiblərini görür, bunu aşkara çıxarır, deməli, qüvvətli millətdir. Lakin son illərdəki açıq-saçıq, bir-birinin şəxsiyyətini, mənliyini ayağa salan “tənqid”lə əsl, sağlam tənqid arasında zəmin-asiman fərq var. Əsl tənqid intibah ruhunda olur ayıldır, ayağa qaldırır. Onda sən mənliyini dərk edirsən, mübarizəyə səfərbər olursan.

Əzizə xanım, ötən ilin son bazar günü – dekabrın 29-da 75 yaşınız tamam oldu. Bir qədər geciksək də, sizi “Panorama” qəzetinin bütün oxucuları adından təbrik edirəm. Allah Sizin bu müdriklik yaşınızın üstünə bir bu qədər də yaş artırsın. Qoy sonuncu sualı da verim: Siz xalqımızın güvənc yeri olan yazıçılarımızdansınız. Necə bilirsiniz, bu çətin, ağır günlər çoxmu davam edəcək?

Təbrikə görə çox sağ olun! Mən də bu məmləkətin bir övladı, bir ana kimi əldə etdiyimiz müstəqilliyə ürəkdən sevinirəm. Bu müstəqilliyi illər boyu gözləmişəm. Biz onu qorumalıyıq. Şəxsən mən gələcəyə ümidlə baxıram. Əgər bircə gün, lap bircə saat bu inam qırılsa, yaşamaram.

Bakı, 8 yanvar 1997

Qırx ilə bərabər dörd il 2

Yenə də açıldı xatiratımın

Baharı andıran gül dodaqları…

Çoxdan, hələ II Dünya müharibəsindən əvvəl gözəl müəllim və insan, əsl sənətkar aktyor Kazım Ziyanın Xalq şairi Süleyman Rüstəmdən mənə – biz tələbələrinə əzbərlətdirdiyi “Xatiratım” şeirindən bu misralar yaxınlarda yenə yadıma düşmüşdü. Təsadüf elə gətirdi ki, həmin vaxt mənə zəng elədilər. Dedilər ki, Ağsu rayonu haqqında kitab buraxacağıq və siz də orada Çaparlı sovetliyində işləmisiniz, xatırladığınız bir şey varsa, mütləq yazın.

Yəni unutmuşam ki, xatırlayam da? Çaparlıda acılı-şirinli elə günlərim olub ki! Vəsfə gəlməz. Şair olsaydım, poema həsr edərdim o günlərə…

Yaxşı yadımdadır. Müharibə başlanandan bir az sonra qızları da səfərbərliyə almağa başladılar. Amma kəndlərdə və elə şəhərlərin özündə kişi müəllimlər müharibəyə yollandıqlarından məktəblərdə müəllim çatışmırdı. Odur ki, qızların içərisindən nisbətən müəllimliyə yararlı, savadlı olanları əsgərliyə aparmır, kənd məktəblərinə təyin edirdilər. Mənim baxtıma da Kürdəmir rayonu düşdü. Ora yollandım. Əlbəttə, anam məni tək buraxmayacaqdı.

Kürdəmirdə Maarif şöbəsində məni ömrümdə adını eşitmədiyim Çaparlı sovetliyi yeddiillik məktəbinə rus dili müəllimi təyin etdilər. Rus dilini o zaman yaxşı bilirdim. Məktəbdə isə müəllim yox imiş. O zaman Kürdəmirdə anamın Ağalarbəyli və Curuxluda Əlyarbəyovlar ailəsindən qohumları yaşayırdı. Onlar məni Çaparlıya apardılar. Çaparlı kəndi Kürdəmirə baxırdı. Hələ Ağsu rayonu təşkil olunmamışdı. Beləliklə, 1942-1943-cü dərs ilində sentyabrın birindən başlayaraq Kürdəmir rayonu Çaparlı yediillik məktəbində rus dili müəllimi kimi fəaliyyətə başladım. 1943-cü ildən – Ağsu rayonu təşkil olunandan sonra Kürdəmirlə əlaqəmiz kəsildi. Daha maaş, hansısa maarif işi, məktəbin tələbatı, iclas və s. üçün Kürdəmirə getməli olmurdum. Çünki gələn kimi məni dərs hissə müdiri, az sonra isə məktəbin direktoru təyin etdilər. Hər ay Kürdəmirə getmək zəhmətindən azad oldum. Amma hər halda Çaparlı kəndindən Ağsuya getmək özü də mənimçün çətinlik yaradırdı. Axı onda nə maşın, nə avtobus, nə trolleybus, nə də tramvay vardı. Bazar günləri bütün qadınlar bazara pay-piyada gedirdilər. Hərəsi o ağır, o aclıq illərində balalarının boğazından kəsib yığdığı beş yumurtanı, yarım girvənkə yağı… eh… Yada salanda və indi torpaqlarımızın əlimizdən çıxdığı bu illərdə o dolu bazarları görəndə gözlərim dolur. Ay yazıq arvadlar! Ərlər müharibədə, qardaşlar, atalar, oğullar gedib. Evin, uşaqların, bütün təsərrüfatın qayğıları anaların çiynində, hələ pambıq yığımı!.. Kimin həddi vardı ki, xəstələnə, ölüsünə üç, yeddi saxlaya? Toy üzü görmədim Çaparlıda. Pambıq yığımına biz müəllimlər də uşaqlarla birlikdə gedirdik. Cəhənnəm əzabı çəkirdi analar, qız-gəlinlər. Obaşdan durub lap kiçiklərçün yeməyə bir şey hazırlayır, balaca bağlamasına bir az şor-çörək qoyub tarlaya qaçır, yalnız hava qaralanda, itlə qurd seçilmədən deyərlər, o vaxt işdən qayıdardılar. Çörəklərini tarlanın çökəklərinin qırağına, arxın üstünə süfrə açıb yeyirdilər. Xırda körpəsi olanlar qundağı arxın qırağında, ya da çökəklərin birində uzandırar, “yatırdar”. O zamanlar Çaparlıda bircə ağac da yox idi, kölgəsinə uşaq qoyasan. Ağlayanda südsüz döşünün kitrəsini uşağa əmizdirir, ac körpə anasının damarlarından qanı sorurdu, elə bil. Qaranlıqda qayıdanda kəndin gözəlləri, elə təmizlik, səliqə sevən qadınların hamısı başlarını ya ayranla (Eh… ayran olanda uşaqlara dovğa bişirirdilər), daha çox gilabı çoğan 3– nə tapsalar, bir aftafa su qızdırıb başlarını yuyur, ev-eşiyi yığışdırmağı unutmurdular. “Yorğunam” deyən, yorğunluğa baxan kimdi? Pambıq vətənin xilasıyçün bir nömrəli plan hesab olunurdu. Təkcə bunlar olsaydı, nə vardı ki? Bəs vergilər? İndi inanmazlar, amma toyuğun oldu-olmadı, yumurta, qoyunun oldu-olmadı, yun, qaramal heyvanın var-yox, ət, inəyin oldu-olmadı, yağ vergisi verməliydin. Bəzən bu vergiləri yığmağa biz müəllimləri də cəlb edirdilər. Yunu olmayan döşəyini boşaldırdı. “Təki orada balalarımızçün yaxşı olsun”, – deyirdi hamı. Tank kalonlarına hər rayon, hər sədr, hər kənd tank almalıydı, bunun da pulunu çox vaxt biz müəllimlər yığırdıq. Əlbəttə, raykomun göstərişi, təklifi və tələbiylə. “Yox” demək az qala “hitlerçi” olmağa bərabərdi.

Kəndlərdə, o cümlədən Çaparlıda odun, neft, qaz, işıq yox idi. Odunu uşaqlar (əlbəttə, məktəblilər) pambıq tarlalarında qalmış pambıq çöplərindən yığıb gətirirdilər. Bəzən pambıq planı dolmayanda, qış, qar-çovğun tez düşəndə (elə bil təbiət də insanların səbrini imtahana çəkirdi, qış elə tez düşür, qar, yağış çox olurdu) tufandan, çovğundan yığıma getmək mümkün olmasa da, gedirdi qadınlarımız. Açılmamış pambıq qozalarını yığıb gətirir, evlərdə təzəklə yanan yer-kərpic sobaların üstündə qurudur, şabalıd kimi partladıb içərisindəki pambığı “yığır”, təhvil verirdilər. Vallah, II Dünya müharibəsi illərində qadınların çəkdiyi zəhmət tonlarla romanlara sığmaz qadın əməyi hələ də lazımınca qiymətləndirilməyib. Ordunu geyindirən, yedirən, silahlandıran qadınlardı, o cümlədən Çaparlının o mehriban, zəhmətkeş, dözümlü, namuslu qadınları.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Похожие книги на «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə»

Представляем Вашему вниманию похожие книги на «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə» списком для выбора. Мы отобрали схожую по названию и смыслу литературу в надежде предоставить читателям больше вариантов отыскать новые, интересные, ещё непрочитанные произведения.


Отзывы о книге «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə»

Обсуждение, отзывы о книге «Tanıdıqlarım və sevdiklərim xatirələrimdə» и просто собственные мнения читателей. Оставьте ваши комментарии, напишите, что Вы думаете о произведении, его смысле или главных героях. Укажите что конкретно понравилось, а что нет, и почему Вы так считаете.

x