Ağrıdı, acıdı, şirindi, baldı,
gəldimi, getdimi, itdi, ya qaldı,
yığıb saxladığın yoldamı saldı?
Gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.
Şair insan ürəyinin qan rəngli dumanda yarpaq kimi çırpındığı bir ormanda tənha bir ağacın taleyinin gerçəkdən bir faciə olduğu duyğusu bilincaltında uyuyan zamanın əksini çəkir elə bil. Burda insanların dili lal, qulağı kardı, burda göyüzü damar-damardı. Fəqət, burda göyüzündə «Allahın qəlblərə baxdığı yerdən» yağış yağmır, burda göyüzündən qan damır…
Burda insanlar öz ad günlərində anasız doğulurlar…
Aydan boylanan bulud
bağlayır çərçivəsiz qapımı,
örtür şüşəsiz pəncərəmi…
Az qala unudacaqdım-Rəfail Tağızadənin şeirlərində buludlar axıb gedir. Buludlar… buludlar…
Araşdırma və ya bir resenziya sənətkar haqqında tam doğru-düzgün mənzərə yarada bilməz, olsa-olsa onun həyat və yaradıcılığına işıq tuta bilər. Bir rəssamın tablosunu öz gözlərimizlə görməliyik, şairin şeirini oxumalıyıq, mütləq oxumalıyıq.
…Açıq qapı arxasından musiqi səsi eşidilir – bu Şopenin nöktürnüdür.
Musiqiçi dostum
bir nöktürn çal.
Məni məndən qopar,
məni məndən al.
Şopen musiqiylə, Rəfail Tağızadə şeirləriylə Yaradana dua edirlər…
* * *
Telefon zəng çalır – dəstəkdə Rəfailin səsi. Ordan-burdan, mənim səhhətimdən, Suriyadan, Fələstindən, Qarabağdan və Əkrəm Əylislidən danışırıq…
Yenidən masa arxasına keçirəm, amma daha yaza bilmirəm, bu yazı bir telefon zəngi ilə bitir. Içimə çökmüş niskillərin acısı gözlərimi yandırır…
Şeir şairin daxili monoloqudur, yəni iç səsidir.
Rəfail Tağızadənin iç səsini-monoloqunu dinləyin…
«Gecə xəyalları» haqqında düşünün…
Şairin gecə xəyalları ilə öz gecə xəyallarınız arasında bağlılıq tapacağınıza ümid bəsləyirəm, bu isə şair xoşbəxtliyidir.
* * *
İnsan doğulduğu torpağa bənzəyir. Rəfail Tağızadə Qarabağa oxşayır…
Adil Mirseyid
Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.
Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.
Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.
10.01.2011
alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn
vitrindəki pаltаrlаrın
«аpаr məni, аpаr məni» dеyən,
yаlvаrаn bахışlаrı
uzаnаr…, uzаnаr qаpıyаcаn
vitrindəki pаltаrlаr
bir аnlıq хоş bахışlаrа аldаnаr
vitrindəki pаltаrlаr
umud asılqanındаn asılаr
gеcədən səhərədək
vitrindəki pаltаrlаr
хəyаllаrındа
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində,
şəhərin tənha küçələrində.
31.01.2008
Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.
Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
03.01.2011
Göydən baxan baxışlar,
məni sevir, bağışlar,
bu yuxular qoynunda,
bu tənhalıq içində.
Sahillərdə hasarlar,
aşsam məni asarlar,
saralmış əncirindən,
meynəli kəndirindən.
Qayasında gül oldum,
bağında bülbül oldum,
dibində lal, dənizin,
ləhcəsi bal, dənizin.
05.03.2011
Günlərim qar tək əriyir,
illərim özündən gedir,
ümidim tək işığaydı
o da ki gözümdən gedir.
Özümmü sevim özümü
həsrət məni yoranacan,
zalım fələk, dəymə mənə
qoy yaşayım doyanacan.
Məni görüb hara qaçdın-
qorxma məndən, qorxma, adam,
neyləyim, sizlik olmadım
bu dünyaya tamam yadam.
Daş atmadım özgəsinə,
kor şeytanla ilişkim yox,
Yaradan qoruyar məni
bu yer ilə bir işim yox.
05.03.2011
Yuxumu qarışdırmışam…
əqrəbdən asılan fikirlər
udur gecə saatlarını,
zamansız qaranlıq asılıb pəncərədən
ayın son işartıları yox olur göy üzündən,
əriyən gecə səhərə doğru axır,
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır.
Xəfif, çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən.
Olmadığım gecə hələ qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən.
Qulağıma qışqırır itən zaman,
dağılır boş məkan,
bu gecə sən yoxsan yuxularımda,
bu gecə mən də yoxam yuxularında.
Gecə də mənim deyil gündüzlərim tək
zamansız qaranlıq asılıb pəncərədən.
Zamansız qaranlıqda
həsrətim, intizarım,
zamansız qaranlıqda
saatın əqrəbindən
asılı qalmışam mən…
2009
nеynirdim iki əli, аyаğı,
iki gözü, qulаğı,
bu qədər bаrmаğı nеynirdim?
mənə iki ürək vеrəydin, Аllаh.
ağrıyаndа dəyişdirib
birini sağıma qоyаrdım,
bir аz rаhаt оlаrdım.
nеynirdim iki аyаğı?
biri Qаrаbаğdа minаyа düşəcək
kül оlmuş bir kənddə özümü ахtаrаndа.
nеynirdim, bu qədər bаrmаğı, nеynirdim?
onsuz dа bir əl, bеş bаrmаq
nаrаhаt ürəyimi оvcundа sахlаr.
08.11.2004
səs-küysüz,
sаhibsiz bаğ еvi,
hаsаrındаn sаrı əncir sаllаnır,
qаpındаn qаrа qıfıl…
itin yох
yоldаn ötənə hürə…
sаmovаrın dızıldаmır,
çаrpаyın cırıldаmır…
Читать дальше